Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Salyan şosesində, Bibiheybət məscidinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 3-də saat 15:30 radələrində qeydə alınıb.
Belə ki, 77-QJ-630 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil əvvəlcə yol kənarındakı divara çırpılıb, daha sonra aşıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228462.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler