Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıq olub.
O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Artıq Bakıda demək olar ki, hər il mütəmadi olaraq tozlu havaları müşahidə edirik.
Bu hal əvvəllər təəccüblü gəlsə də, paytaxtın küləyinə alışdığımız kimi tozuna da öyrəşirik.
Bəs maraqlıdır, tozlu havanın artıq Bakı üçün xarakterik olduğunu deyə bilərikmi?
Avtosfer.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Nizamsız tikintilər, idarəolunmayan daş karxanaları...