Bakıda tragikomik HADİSƏ Taksini özü sürdü, yatan sürücünü ayıq sürücü ilə yola saldı FOTO

09.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakıda tragikomik hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə həkim Elnur Eldaroğlu sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, həkim sifariş verdiyi taksinin sürücüsünün yuxulu olduğunu və hərəkətə belə davam etməyin təhlükə yaratdığını gördükdən sonra avtomobili özü idarə edib. Bu zaman isə taksinin sürücüsü arxa oturacaqda yatıb. Mənzil başına çatdıqdan sonra isə həkim taksi sürücüsünü ayıq sürücü çağıraraq yola salıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью