Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Bu gün Bakıda tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir. Tramvay xəttinin qurulması yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcək”.
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. Onun sözlərinə görə, tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür:
“Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, xətlərin kənarlarını hasarlamaq daha yaxşı olar”.
Sevinc Qarayeva