Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü

16.10.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda ticarət mərkəzində meyit tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki "Qaradağ" ticarət mərkəzində qeydə alınıb.

1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk ticarət mərkəzinin ərazisində dünyasını dəyişib. Onun meyitini sahibkarlar aşkar ediblər.

Məlumata görə, V.Vorotnyuk tüfeyli həyat tərzi keçirirmiş. O, ticarət mərkəzi ərazisindəki mağazaların qarşısında gecələyirmiş. Onun xəstəlikdən öldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью