Bakıda tuneldə 3 maşın toqquşub, xəsarət alan var

07.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakıda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Tuneldə eyni istiqamətdə hərəkət edən “Mercedes”, “Hyundai” və “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью