Bakıda Türk Dövlətləri Insurtech Zirvəsi keçiriləcək

24.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakıda "Türk Dövlətləri Insurtech Zirvəsi" keçiriləcək.

"APA-Economics" xəbər verir ki, oktyabrın 28-29-da Bakıda keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kiprdən tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edəcəklər. Sammitdə sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyaları və süni intellektin tətbiqi müzakirə olunacaq.

Qeyd edək ki, sammit Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Hizmet İhracatçılar Birliği"nin birgə əməkdaşlığı ilə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью