Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4 cü görüşü keçirilir

23.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin 4-cü görüşü öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, toplantı Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutub.

Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

Toplantı türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək, qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədi daşıyır. Əməkdaşlığın mərkəzində ortaq texnologiyaların yaradılması, insan kapitalına yatırımlar və kosmosun dinc məqsədlərlə istifadəsi dayanır.

TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir. Bu əməkdaşlıq regionun texnoloji müstəqilliyini artırmaqla yanaşı, onun beynəlxalq kosmik gündəmdə daha fəal rol oynamasına şərait yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью