Bakıda Türk Ticarət Mərkəzi açılıb

05.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Bu gün Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.

"Report" xəbər verir ki, Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklər təqdim edən restoranlar var.

Əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələrinə şərait yaratmaqdır.

Tezliklə Mərkədə "Türk Obası" da istifadəyə veriləcək. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək.

Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kiprdə istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəz həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı təqdim edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью