Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. “Suriyada Türkiyə ilə İsrail arasında yaşanan gərginliklərdən sonra iki ölkə arasında A
Həmçinin maraqlıdır Netanyahu Trampdan nə istədi ki, AĞ EV rəhbəri “Ağlabatan olsan, bu işi mən həll edə bilərəm” dedi.
Netanyahunun ağlabatan sayılmayan və ABŞ planı ilə üst-üstə düşməyən istəyinin nə olduğu da diqqətçəkən məqamlardandır.
Digər tərəfdən Netanyahunun ABŞ səfərində onu müşayiət edən İsrail Ordusunun Baş Qərargah rəsmisi Roman Gofman İsrailə çatar-çatmaz Ben Qurion hava limanında təyyarə dəyişdirib Bakıya getdi”.A.Ağar vurğuıayıb ki, İsrailin Türkiyə ilə danışıqlar heyətinə İsrailin Milli Təhlükəsizlik Şurasının sədri Tsaxi Hanegbi rəhbərlik edib:“Heyətdə Hanegbi və Gofmanla yanaşı, İsrail Müdafiə Nazirliyinin direktoru Amir Baram və İsrail Ordusunun Əməliyyat İdarəsinin rəhbəri Yisrael Shomer kimi olduqca kritik fiqurlar da yer alıb.
Ümumiyyətlə ABŞ-ın marağı və təsiri, danışıqlardan əvvəl yaşananlar, Netanyahunun təcili ABŞ-a getməsi və bu kritik fiqurların iştirakı prosesin nə qədər həssas, gərgin və önəmli olduğunu göstərir.
Lakin hələ də cavabsız suallar var. Məsələn, İsrail niyə Suriyadakı Palmira bazasını “qırmızı xətt” olaraq tanımlayır?
Düşünürəm ki, məsələ yalnız İsrailin Suriyadakı hava məkanından istifadə, uçuş və əməliyyat azadlığı iləmi bağlı deyil.
Çünki Palmira “qırmızı xətti”nin Davud Dəhlizi ilə, Suriyanın bölünməsi ilə, Fərata çıxışla, YPG/PKK və Dürzilərlə, daha da irəli gedərək Fəratın şərqindəki coğrafiya və xalqlara (Mezopotamiya və o tərəflərə) çıxışla bağlı strateji və teopolitik bir hədəf olması ehtimalı yüksəkdir”.