Bakıda üç nəfər tərəfindən bıçaqlanan qadın danışdı TƏFƏRRÜAT

29.07.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bakının Sabunçu rayonunda qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Hadisə zamanı bıçaq xəsarətləri almış D.Əsgərova Teleqraf-a bildirib ki, 7 aydır iki qızı ilə birgə başqa bir ünvanda kirayədə yaşayır.

Onun sözlərinə görə, əri Namiqlə konfliktə səbəb övladlarını məktəbə qoymaması olub:

"Buna etiraz edəndə Namiq məni döyürdü. Ötən gün Xırdalanda mediasiyaya müraciət etdim ki, rəsmi şəkildə ondan ayrılım. Bu ərəfədə ərimin evimizi satdığını, hətta beh aldığını eşitdim. Evə gəlib etiraz edəndə ərim, qayınatam və baldızımın oğlu mənə bıçaqla xəsarətlər yetirdilər".

Ətraflı səsyazısında:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью