Bakıda üç nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, dairədə hərəkətdə olan “Chevrolet” markalı avtomobil Azadlıq prospektində həkət edən “Lada” markalı avtomobilə və motosikletə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью