Bakıda üç piyada qəzadan son anda xilas oldu ANBAAN VİDEO

30.06.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda öz əksini tapıb:
1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
3. Sərt əyləcdən istifadə etməməli;
4. Düzgün ara məsafəsi saxlamalı;
5. Dayanmalı və piyadalara yol verməlidirlər.
“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə NİİM-dən bildirilib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью