Bakıda uçan qarışqalar çoxalıb Səbəb nədir? VİDEO

19.06.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar paytaxtda qanadlı qarışqaların kütləvi şəkildə artımı müşahidə olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə saysız həşəratın işığın ətrafına yığılması görünür.
AZXEBER.COM-un  Xezerxeber.az-a istinadən məlumatına görə, ekoloq Ənvər Əliyev bildirib ki, bu həşəratlar həqiqətən də uçan qarışqalardı. Səbəb də havanın temeperaturunun qəfil dəyişkənliyidir.
Ekoloqun sözlərinə görə, uçan qarışqalar külək vasitəsilə kütləvi şəkildə də yerdəyişmə edə bilərlər.

Bildirilib ki, bu həşəratlar təmiz mühitdən uzaqlaşırlar. Ona görə də evləri və həyətyanı sahələri təmiz saxlamaq lazımdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью