Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda dünyaya gələn üçəmlərdən ikisi doğulduqları tibb müəssisəsində ölüb.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, valideynlər uşaqların ölümündə həkim səhlənkarlığını və qeyri-rəsmi pul tələblərini səbəb göstərirlər.
Şikayətçi Nərgiz Əmirova bildirib ki, 2025-ci il iyunun 24-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeysəriyyə əməliyyatı ilə üç oğlan övladı dünyaya gətirib.
Doğuşdan sonra körpələr küvəzə yerləşdiriliblər. Valideynin sözlərinə görə, körpələrdən biri doğuşdan 7 gün sonra iyulun 1-də, digəri isə iy
Hazırda yalnız bir uşaq - Əbülfəz sağdır və başqa bir xəstəxanada müalicə alır.
Nərgiz Əmirova iddia edir ki, doğuş üçün xəstəxanaya əvvəlcədən 2 500 manat ödəniş edib.
Daha sonra şöbə müdirinin müavini Gülmira Məmmədzadə tərəfindən küvəzdə saxlanılan uşaqlara görə ondan əlavə 5 000 manat pul alınıb.
İddiaya görə, küvəzdəki uşaqlara göstərilən tibbi xidmətlə bağlı həkimlər məsuliyyəti boyunlarından atıblar.