Bakıda üçmərtəbəli ev yandı

15.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 432 m² olan üçmərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 70 m² olan saunanın divar üzlüyü 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildirilib ki, yüksək temperaturdan saunanın plastikdən ibarət qapısı və alkopandan ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью