Bakıda üçmərtəbəli obyektdə YANĞIN

21.12.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli obyektin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 15 m² olan mətbəxində 3 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan 4 paq.m mətbəx mebeli qarsalanıb.

Mətbəxin qalan hissəsi və obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью