Bakıda üçnövçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

04.12.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasından Moderator.az-a verilən məlumata görə, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.

İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью