Bakıda ucuz avtomobillər satışa çıxarılır

23.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Dekabrın 10-da “Ekol Mühəndislik Xidmətləri” QSC-yə məxsus nəqliyyat vasitələri və xüsusi texnikalar təkrar hərrac yolu ilə satışa təqdim ediləcək.

“Yeni Sabah” xəbər verir ki, ümumilikdə 10 vahid texnikanın yer aldığı siyahıda 8 minik avtomobili və 2 xüsusi təyinatlı texnika var. Minik avtomobilləri sırasına 2009 və 2011-ci il buraxılışlı 6 ədəd “Chevrolet Colorado” (start qiyməti 3 750 – 5 000 manat), 2013-cü il buraxılışlı “GMC Terrain” (5 000 manat) və 2011-ci il buraxılışlı “Chevrolet Cruze” (6 000 manat) daxildir.

Bundan başqa, 2006-cı il istehsalı olan iki xüsusi təyinatlı texnika – “DT-75D” (3 500 manat) və “TVEX EK-12” (7 500 manat) də alıcılara təklif olunacaq. İnternetdən sifariş

Təkrar hərrac olduğu üçün bütün nəqliyyat vasitələri və texnikalar 50 faizlik endirimlə satışa çıxarılır. Hərraca qatılmaq istəyən şəxslər seçdikləri texnikanın ilkin satış dəyərinin 10 faizi miqdarında, yəni 350 manatdan 750 manatadək beh ödəməlidirlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью