Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 avqust, AZƏRTAC
Bakıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, kişi həndbolçular arasında təşkil olumacaq yarışda 5 komanda mübarizə aparacaq.
Azərbaycandan “Kür”, “Bakı” və “Qarabağ”, Özbəkistandan OQMK, Qazaxıstandan isə “Astana” qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 30-dan avqustun 3-dək davam edəcək.