Bakıda universitet müəllimi vəfat etdi FOTO

19.11.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib.

Manset.az Modern.az-a istinadən xəbər verir ki, universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məmmədova Məhsəti İsa qızı dünyasını dəyişib.

Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью