Bakıda universitetlərdə tədris distant formaya keçirilir

22.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.

XQ xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью