Bakıda uşaq 8 ci mərtəbədən düşdü

14.06.2025

Medicina saytına istinadən Icma.az xəbər verir.


Bakıda azyaşlı binadan yıxılıb.

"Medicina" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən yaşayış kompleksində baş verib.

Həmin binada yaşayan 2018-ci il təvəllüdlü azyaşlı binanın 8-ci mərtəbəsindəki mənzilin mətbəxinin pəncərəsindən yıxılıb.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью