Bakıda uşaq bağçasında nə baş verir? YOXLAMA BAŞLADI

20.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakıda yerləşən 329 nömrəli uşaq bağçasında qida təhlükəsizliyi və sanitariya qaydalarının pozulduğu müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən bağçada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Dominos pizza

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью