Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Mirzəağa Əliyev küçəsində azyaşlının avtomobili idarə etməsinə şərait yaradan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 15-də saat 17:45 radələrində qeydə alınıb. Görüntüləri izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına göndərib.
Kadrlardan görünür ki, “Changan” markalı avtomobilin sükanı arxasına keçən azyaşlı sürücünün qucağında oturaraq avtomobili idarə edib. Sürücü isə uşağın sükanı idarə etməsinə mane olmayıb.
Xatırladaq ki, azyaşlının avtomobili idarə etməsinə icazə verilməsi həm onun, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır.
Nərmin