Bakıda usta tikintidən yıxılaraq öldü KONKRET

09.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən usta Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью