Bakıda VAZ yandı

15.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan qarajın yanar konstruksiyaları və içərisində dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью