Bakıda “VAZ2107” qaçırıldı

06.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən "Unikal"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Mirələmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью