Icma.az, Missiya.az saytına istinadən bildirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si saat 10:00-a olan faktiki hava barədə məlumat yayıb.
Xidmətdən Missiya.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Yağıntının miqdarı 3 millimetrədək olub. Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb.
Lakin bu gün axşam saatlarından dekabrın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib.