Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s dir Faktiki hava

24.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 24-ü saat 19:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Kəlbəcər və Şahdağda 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda 17 m/s-dək güclənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью