Bakıda və Abşeron yarmadasında yağış yağır FAKTİKİ HAVA

18.11.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hazırda müşahidə olunan faktiki hava haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, noyabrın 18-i saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır.

Yağıntılı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью