Bakıda və Abşeronda avtomobil oğruları peyda olub SAXLANILDI Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.11.2024

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polis Yasamal və Abşeron rayonlarında avtomobil qaçıran şəxsləri saxlayıb.

AZXEBER.COM xəbər verir ki, noyabrın 29-da gecə saatlarında Yasamal rayonu ərazisindən "KİA" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 28 yaşlı T.Salahov avtomobili idarə edərkən saxlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Xırdalan şəhəri ərazisindən "KİA" markalı avtomobil qaçırmaqda şübhəli bilinən 28 yaşlı S.Aydınov avtomobillə birgə Digah qəsəbəsi ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью