Bakıda və Ankarada silah almaq: Hansı ölkədə daha asandır?

21.04.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə silah əldə etmə qaydalarının sərtləşdirilməsi ilə bağlı qərarlar təhlükəsizlik məsələlərinin aktuallaşması fonunda geniş müzakirə olunur. Bu addımın effektivliyi və cəmiyyətin təhlükəsizliyinə real təsiri ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəs, belə məhdudiyyətlər cinayət və zorakılıq hallarının azalmasına nə dərəcədə təsir edə bilər və bu model Azerbaijan üçün də tətbiq oluna biləcək nümunə sayıla bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, təkcə sərtləşdirilmiş qaydalar hər zaman möcüzə yaratmır. 
"Türkiyədə son dövrlərdə baş verən iki hücumdan sonra ölkə rəhbərliyinin, o cümlədən Prezident Ərdoğanın məsələyə müdaxiləsi nəticəsində silah sahibləri üçün daha sərt qaydalar tətbiq edilir. Burada əsas məsələ effektivliyin bir amildən asılı olmasıdır: məhdudiyyətlərin kağız üzərində qalmaması və icra prosesində şəffaf şəkildə həyata keçirilməsi. Türkiyədə artıq silah əldə etmə prosesi sağlamlıq arayışı, biometrik məlumatlar (foto, barmaq izi və s.) kimi ciddi nəzarət mexanizmləri ilə tənzimlənir. Buna baxmayaraq, Türkiyə ilə Azərbaycan arasında bu sahədə ciddi fərqlər mövcuddur. Türkiyədə silah əldə etmə prosesi nisbətən daha əlçatan hesab olunur, Azərbaycanda isə bu proses daha sərt və çoxpilləli nəzarət mexanizmi ilə həyata keçirilir. Azərbaycanda mülki silah əldə etmək üçün polis orqanlarına müraciət edilir, tibbi arayış və xüsusi icazə tələb olunur və ümumilikdə daha ciddi lisenziya sistemi mövcuddur".
Həmçinin oxu:
Binəqədi sakinlərinə şad xəbər
Bu maşınlar 4 min ucuzlaşdı
Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlar
Ekspert bildirib ki, bu kimi proseslərin Azərbaycanda necə tətbiq oluna biləcəyi məsələsinə gəldikdə isə, burada Türkiyədəki modelin olduğu kimi köçürülməsi (“copy-paste”) məqsədəuyğun deyil. 
"Çünki hər ölkənin sosial, hüquqi və təhlükəsizlik mühiti fərqlidir. Azərbaycanda əsas məsuliyyət həm də ailələrin və valideynlərin üzərinə düşür. Xüsusilə uşaqların silaha nəzarətsiz çıxışının qarşısının alınması vacibdir. Silahın ayrıca seyfdə, təhlükəsiz şəkildə saxlanması, patronların isə başqa yerdə qorunması kimi qaydalar bu baxımdan mühüm rol oynaya bilər. Beləliklə, uşaq hər hansı şəkildə silaha çatdığı halda belə, döyüş sursatına çıxışının olmaması əlavə təhlükəsizlik səddi yaradır. Nəticə etibarilə, silah nəzarətində əsas məqsəd yalnız qanunları sərtləşdirmək deyil, həm də bu qaydaların real həyatda düzgün və effektiv icrasını təmin etməkdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью