Bakıda və bəzi rayonlarda külək güclənib

17.12.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 17-si saat 12:30-a olan məlumata əsasən küləkli hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qərb küləyi arabir Göyçayda 28 m/s, Şahdağda 27 m/s, Qəbələ, Oğuz, Naftalanda 24 m/s, Şəkidə 23 m/s-ə çatıb. Bu da narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında 19 m/s, Bərdə, Gəncədə 18 m/s, Goranboyda 15m/s, Ağdam, İsmayıllı, Zərdab, Şamaxıda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlıq deməkdir.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью