Bakıda və bəzi rayonlarda küləyin sürəti saniyədə 20 21 metrə çatıb

17.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin ötən günün axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli yağış yağıb.

XQ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 09:00-a olan rəsmi məlumatında qeyd edilib.

Xidmətin hesabatına əsasən, düşən yağıntının miqdarı Gəncədə 11 mm, Şəmkir, Sarıbaş (Qax), Balakən və Oğuzda 4 mm, Şəkidə 2 mm, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm təşkil edib.

Bundan əlavə, iyulun 16-da ölkənin bəzi bölgələrində şimal-qərb küləyi arabir güclənib. Küləyin maksimal sürəti paytaxt Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir şəhərində saniyədə 21 metrə, Gəncədə 20 metrə, Culfada isə 19 metrə qədər yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью