Bakıda və bir sıra bölgələrdə külək güclənəcək XƏBƏRDARLIQ

26.11.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidməti noyabrın 27-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью