Bakıda və bölgələrdə güclü külək gözlənilir Xəbərdarlıq edildi

24.09.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy və Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək.

Bu ərazilərdə küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью