Bakıda və bölgələrdə vəziyyət dəyişdi HAVA XƏBƏRDARLIĞI

30.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Sentyabrın 30-da Azərbaycanda hava yağıntılı keçib, bəzi ərazilərdə leysan xarakterli intensiv yağış qeydə alınıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin saat 09:00-a olan məlumatına görə, ölkə ərazisində şimşək çaxıb. Ən çox yağıntı Qusarda 26, Qubada 21, Lerikdə 8 millimetr olub. Marqarita pizza

Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala və Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa, Bakı və Abşeron yarımadasında 5 millimetr yağıntı düşüb.

Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən və Füzulidə 4, İsmayıllı, Şahdağ və Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran və Şahbuzda 2 millimetr yağıntı qeydə alınıb.

Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı və Zəngilanda isə 1 millimetrədək yağıntı düşüb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью