Bakıda və ölkə ərazisində niyə su problemi var, nə zaman həll ediləcək? RƏSMİ CAVAB | Icma…
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qurumun məlumatına görə, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir.
Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.
"Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür.
Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin isti hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb".
Tam oxu
Xəbəri oxu