Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

27.11.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью