Bakıda və rayonlarda küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

03.09.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentybarın 4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью