Bakıda və rayonlarda leysan olacaq

04.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 6-dan 7-si gündüzədək arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью