Bakıda və rayonlarda silahlar tapılıb

02.06.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mayın 31-də və iyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 4 tapança, 1 qumbaraatan, 2 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 10 patron darağı və 96 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bundan əlavə, keçirilən növbəti tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılıb. Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.

Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью