Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi

09.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 8-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkar edilərək götürülüb. pizza

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью