Bakıda və rayonlarda yağış yağdı, Şahdağa qar düşdü

31.10.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə "Bakupost"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıda 8, Qobustan, Qəbələ, Astarada 7, Şahbuz, Tərtər, Kürdəmirdə 6, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5, Gəncə, Neftçala, İmişlidə 4, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью