Bakıda və Sumqayıtda 91 mənzil kirayə yolu ilə satışa çıxarılır AÇIQLAMA

17.11.2026

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində daha 91 yeni mənzili vətəndaşların seçiminə təqdim edir.

Fondun məlumatına görə, mənzillər Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən yaşayış komplekslərindədir. Təklif olunan mənzillərin hamısı yeni və tam təmirlidir.

Mənzillərin 27-si Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 38-i Sumqayıt şəhəri, Sülh prospektində, 26-sı isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşir.

Yaşayış sahələri 1, 2 və 3 otaqlıdır. Aylıq ödənişlər 419 manatdan başlayır.

Yeni mənzillərin seçimi 24 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən mümkün olacaq. Vətəndaşlar mənzillərin siyahısı və digər detallarla Fondun təqdim etdiyi keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzillərin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək.

Ərizəçilər müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksionallığı vasitəsilə təsdiqləyə biləcəklər. Bu üsulun tətbiqi ilə bağlı təlimat da vətəndaşların istifadəsinə verilib.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi barədə ətraflı məlumatı İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), YouTube kanalından və ya “1549” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью