Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.
Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. 2026-cı ilin 9 ayı ərzində Bakı şəhərinin mərkəzi hissəsində başlayıb və bitən, fərdi minik avtomobilləri, taksi, velosiped və skuterlərlə həyata keçirilən səfərlərin 19,7%-i mikromobillik vasitələrinin payına düşür. Ötən ilin eyni dövründə bu rəqəm 12% təşkil edirdi.
Post navigationPrevious: Biri pul yığır, digəri xərcləyir – Ailədə pul mübahisələrinin əsl səbəbi nədir?
Next: Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?