Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələn Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə yeni veqan restoranlarının fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
KİV-ə açıqlamasında E.Qramm bildirib ki, veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün böyük faydalar gətirir.
Bu yanaşma ilə Azərbaycanda yeni və maraqlı qida mədəniyyəti yarana bilər.
Assosiasiya rəsmisi əlavə edib ki, veqan qidalanmanın insan sağlamlığına faydaları geniş miqyasda tanınır: "Bitki əsaslı qidalar yüksək miqdarda vitamin, mineral və antioksidantlarla zəngindir, bu da ürək xəstəliklərinin qarşısını almağa, qan təzyiqini normallaşdırmağa və ümumi sağlamlığı artırmağa kömək edir.
Bundan başqa, bu qidalanma rejimi çəki azaldılması və xolesterol səviyyəsinin aşağı saxlanması üçün də ideal hesab olunur".
E.Qrammın fikrincə, Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək.İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, veqan restoranlar sağlam qidalanma və turizm sektorunun inkişafı baxımından cəlbedici görünür: - Dünyada belə bir təcrübə var.
Turizm potensialı yüksək olan ölkələr turistlərə ən müxtəlif təkliflərlə çıxış edirlər.