Bakıda vətəndaşın kreditə götürdüyü pul oğurlanıb | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Bakıda vətəndaşın kreditə götürdüyü pul oğurlanıb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində bir nəfərin avtomobilindən 5000 manat oğurlanıb.
Zərərçəkən polisə məlumat verərək həmin gün bankların birindən götürdüyü krediti avtomobilə qoyduğunu və başına belə bir hadisənin gəldiyini bildirib.
Polisin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən oğurluq edən 30 yaşlı İ.Əsədullazadə saxlanılıb.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə avtomobildən külli miqdarda xarici va
Faktlarla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu