Bakıda vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənilib

28.07.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Bakıda növbəti vətəndaş qəbulu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciət ediblər.

Hər bir müraciət fərdi araşdırılıb, müraciətlərdə qeyd edilən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib. Həmçinin vətəndaşlara məşğulluq tədbirlərinin icrası qaydaları barədə məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью